Instagram'da Biz Facebook'da Biz
×

Biznesinizin inkişafında

daima sizinlə

Biz kimik?

Şirkətimiz rəsmi olaraq 2010-cu ildə “Best Promo” adı ilə fəaliyyətə başlamışdır.Qurulduğu vaxtdan indiyədək bu müddət ərzində "Best Promo" bu adın doğrulması, operativ poliqrafiya bazarında aparıcı mövqeni tutması üçün böyük yol qət etmişdir. Ölkəmizdə gedən iri miqyaslı inkişaf mərhələsində zamanın tələbinə uyğun olaraq şirkətimiz də rebrendinq edərək “Best Promo” adı ilə fəaliyyətini davam etdirir. “Best Promo” şirkəti praktiki olaraq hər bir tapşırığın öhdəsindən gələn, yüksək keyfiyyət və münasib qiymətin ahəngini özündə birləşdirən peşəkar ixtisasçıların komandasıdır. Bizim fəaliyyətimizin əsas məqsədi müştərilərimizlə uzun müddətli, faydalı əlaqələr qurmaq və inkişaf etdirməyə yönəlmişdir. Sifarişi yerinə yetirərkən kompleks yanaşmanın mövcudluğu müştərilərimizə vaxtına və puluna qənaət etməyə imkan verir. Biz maksimum peşəkarlıq göstərərək hər hansı bir istəyi reallaşdırmağa çalışırıq. Bu məqsədlə fəaliyyətimizdə yeni istiqamətlər kəşf edib, öyrənirik. Müştərilərimizə geniş spektrli reklam xidmətinin göstərilməsi məqsədilə çap işləri sahəsində yeni texnoloji həllərin daim axtarışındayıq. Bu məqsədlə yeni avadanlıqlar alınmış və onların miqyaslı tətbiqinə başlanmışdır. Avropanın tanınmış kağız brendlərində olan "Koehler", "Lana", "Conqueror" və "Fedrigoni" kimi şirkətlərdən 100-dən artıq kağız növü idxal edən şirkətimiz sizə çap məhsullarınızın tam fərqli görünməsinə şərait yaradır.

Məhsullarımız

Partnyorlarımız